İKT

Dünyanın ən kiçik mobil telefonu təqdim edild – VİDEO
27 DEKABR 2017
303

Dünyanın ən kiçik mobil telefonu təqdim edild – VİDEO

2017-12-27 09:04:00

Britaniyanın “Clubit New Media Ltd.” şirkətinin tərtibatçıları Yeni il ərəfəsində dünyanın ən kiçik mobil telefonunu təqdim ediblər. 
Fins.az-ın məlumatına görə, bu mobil telefonu kostyum jiletinin cibində daşımaq mümkündür. “Tiny T1” adlanan cihaz artıq sənaye istehsalına hazırdır. 
Britaniyalı tərtibatçılar istehsal etdikləri balaca cihazın insanların əhval-ruhiyyəsinə müsbət təsir etdiyini göstərən xüsusi sosial klip hazırlayıblar. Telefon gözlənilməz və təsirli hədiyyə kimi çox yaxşıdır.

“Tiny T1”-nin uzunluğu 47 millimetr təşkil edir. Ancaq bu o demək deyil ki, bu cihaz dekorativ oyuncaqdır. Tərtibatçılar onu  əsl böyük telefonun texnoloji potensialı ilə təchiz ediblər. Məsələn, “Tiny T1”-in OLED ekranı var və 3 gün fasiləsiz işləyərək akkumulyatorunun enerjisini saxlaya bilir. Cihazın sahibi nano-SİM kart istifadə edəcək. Bu SİM kart 300 əlaqə nömrəsini yaddaşında saxlayacaq. Həmçinin yaddaşına 50 ismarış və o qədər də son zəngləri daxil ediləcək. Mütəxəssislərin fikrincə, telefonun o qədər də pis gələcəyi yoxdur. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259