İKT

German Qref: "Amazon" və "Google" banklara rəqib olacaq
14 DEKABR 2017
162

German Qref: "Amazon" və "Google" banklara rəqib olacaq

2017-12-14 14:54:00

 "Amazon" və "Google" korporasiyaları 2018-ci ildə kommersiya banklarına rəqib olacaq.

Fins.az xəbər verir ki, bu açıqlamanı "Sberbank"ın rəhbəri German Qref Londonda keçirilən İnvestorlar Günündə verib.

"Meydanda yeni oyunçular yaranıb. Bu, maliyyə texnologiyalarıdır. Banklar maliyyə texnologiyalarından qorxur. Buna görə də böyük sürətlə onları almağa başlayıb", - deyə G.Qref əlavə edib. "Sberbank" rəhbərinin fikrincə, maliyyə texnologiyaları yaxın gələcəkdə banklara ciddi rəqib olacaq. Buna səbəb texnologiya şirkətlərinin maliyyə platformalarını işə salması olacaq.

"Amazon" və "Google" kimi nəhənglərin "Amazon Finance" və "Google Finance" kimi şirkət yaratmasına az qalıb. Bildirim ki, bu hadisə 2018-ci ildə baş verəcək. O zaman banklar həqiqi rəqiblərinin gəlişini hiss edəcək",- deyə G.Qref qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273