İKT

Onlar bu il YouTube-dan milyonlar qazandı- Siyahı
14 DEKABR 2017
698

Onlar bu il YouTube-dan milyonlar qazandı- Siyahı

2017-12-14 12:46:00

Dünyanın ən böyük rəqəmsal video platformalarından  olan YouTube insanlara milyonlar qazanmağa kömək edir.

Belə ki, platforma bir çox istifadəçini həm məşhurlaşdırıb, həm də onlara milyonlar qazandırıb.

Xarici mediaya istinadən məlumat verir ki, YouTube-dan ən çox qazananların siyahısı açıqlanıb.

Daniel Middleton YouTube milyonerlər siyahısında 1-ci yerdədir. 

İzləyiciləri tərəfindən aktyor kimi tanınan DanTDM  2017-ci ildə YouTube-un ən çox qazanan məşhur oldu.

YouTube-da 11 milyard dəfə izlənilən DanTDM 17 milyon insan tərəfindən təqib edilir. Onun yalnız  builki sərvəti 16,5 milyon dollardır.

Ümumiyyətlə, bu il 6 yeni sima YouTube-un ən zəngin siyahısının ilk 10-luğuna daxil olub.

İlk onluğa daxil  olanlar 1 iyul 2016 və 1 iyul 2017 arasında 127 milyon dollar qazanıb.

Xatırladaq ki, 2016-cı ildə ən zəngin 10 YouTuber  yalnız 70.5 milyon dollar qazanmışdı. Yenilər isə bundan 80 faiz çox qazanıb.

Varlılar arasında 6 yaşında Ryan adında uşaq da var. Ryan-ın ToysReview (Ryan Toy Review) adlı kanalı ildə 8 milyard dəfə izlənib.

Evan Fong və Mark Fischbach kimi aktyorlar isə 2 milyarddan çox izlənib.

Siyahıda 2-ci yerdə Evan Fong var. Milyardlarla izlənilən aktyor bu il YouTube videolarından 15.5 milyon dollar qazanıb

2017-ci ildə YouTube-dan qazandığı  12 milyon dollarla  6-cı sırada yer alan PewDiePie-ın gəliri 20 faiz azalıb.

Jake Paul isə bu il 11,5 milyon dollar qazan biri kimi 7-ci sıraya sahib olub.

Jake Paul-un qardaşı Logan Paul videolardan qazandığı 11.5 milyon dollar ilə 4-cü sırada qərarlaşıb.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301