İKT

2017-ci ilin bizə öyrətdiyi 6 VACİB BİZNES DƏRS
16 DEKABR 2017
680

2017-ci ilin bizə öyrətdiyi 6 VACİB BİZNES DƏRS

2017-12-16 12:15:00

Yaxşı biznesmenlər heç zaman öyrənməkdən vaz keçmir. 2017-ci ildən özümzə dərs ala biləcəyimiz vacib məqamları diqqətimizə çat. 

1. Never say never (heç zaman əsla demə)

Bəli, bu gün mümkünsüz dediyiniz bir şey, bir iki il ərzində gerçəkləşə bilər. Buna“Qarabağ” Futbol komandasının ÇL-dakı iştirakını, hətta xal qazanmasını nümunə gətirmək olar.

Ona görə də kiminsə, “bu ideya heç vaxt tutmaz”, “Azərbaycanda bu alınmaz” sözlərinə qulaq asmayın. İdeyanız varsa gerçəkləşdirin və “heç vaxt heç vaxt deməyin”.

Image result for qarabağ çempionlar liqası
Image result for qarabağ çempionlar liqası

2. İzləyicilər səviyyəsiz deyil

Hər kəs deyir ki, Azərbaycanlı izləyiciyə ancaq ucuz gülüş və ajiotaj yaradan səs-küylü xəbərlər lazımdır, tələbat nəyədirsə, təklif də o üzərindən qurulur.

Amma “Belə belə işlər” səhifəsi bunun bir daha əksini sübut etdi. Ona görə də, çətin işə girişməkdən çəkinməyin. Faydalı və maraqlı məzmun hər zaman öz auditoriyasını tapacaq.

3. Yeniliklərə biganə qalmayın

Bəli, bitkoini nəzərdə tuturam, amma sizi bu gün yaranan yeniliklərə fikir verməyə səsləyirəm, bitkoinə deyil. Amma bu gerçəkdir ki, vaxtında çox deyil 200-300 USD-lik devalvasiyadan da öncə) bitkoin almış olsaydınız bu gün milyonçu ola bilərdiniz. Ona görə gözlərinizi açın və cari yenilikləri izləyin.

Bitcoin haqqında 11 maraqlı fakt

4. Terminator filminə yenidən baxın

80-ci illərin pərəstiş obyekti olan film bugünkü reallığı əks etdirir. Robotlar, süni intellekt, proqram botları – bu texnologiyalar göz önündə inkişaf edir. Ötən il Facebook  300 mln-dan çox biznes səhifəsində öz fəaliyyətlərini avtomatlaşdırmaq və botlar vasitəsi ilə müştərilərə xidməti təkmilləşdirmək imkanı verdi. Amazon gündən-günə öz anbarlarında robotların sayını artırır. Uber pilotsuz avtomobilləri şəhər küçələrində sınaqdan keçirir.

Dərs: Əgər texnologiyaların sizin biznesə necə təsir etdiyi haqda hələ düşünməmisinizsə, gələn də ola bilər ki, sizin biznes ümumiyyətlə mövcud olmasın.

Image result for terminator
Image result for terminator

5.  “4 Noyabr” – uğurlu və uğursuz keys

Uğurlu ona görə ki, baş tutmazdan öncə xeyli səs-küyə səbəb ola bilmişdi və tədbir də iştirak edənlərin söylədiklərinə əsasən maraqlı alınıb, xüsusən dəçıxışların əksəriyyəti maraqlı olub və xarici qonaqların olması sevindirib.

Uğursuz – bu qədər əziyyətlərinə rəğmən, haqqlarında xeyli sayda mənfi, neqaiv fikir formalaşdı,  müəyyən nüanslar nəzərə alınsa idi belə olmaya bilərdi. Mübaribədə və sevgidə hər yol mübahdir – deyilir, bəlkə marketinqdə də belədir.

Burdan alacağımız dərs – hər vəziyyətə hazır olmalı və buna görə də riskləri öncədən nəzərə almaq laızmdır. Onları siyahıya yazmaq və bir-bir hansı halda nə edilməli olduğunu düşünmək gərəkdir.

6. Sosial şəbəkələr daha ödənişsiz deyil

Əvvəllər bir neçə maraqlı post yazıb çox asanlıqla Facebook və Twitter-də publika toplamaq olurdu, insanlara ünsiyyət saxlamaq, səs-küy yaratmaq, izləyici toplamaqla öz kontentini və ya məhsulunu satmaq olurdu.

İndi isə yox. Milyonlarla insan hər gün sizin etdiklərinizi edir və sadəcə bir neçə iti ağılla yazılmış postlara görə məşur olmaq qeyri mümkündür.

.Dərs:  Facebook və Twitter çoxdan publik kompaniyalardır və səhmdarlar gəlir istəyir. Əgər siz məhsulunuzu reklam etmir, onu önə çəkmirsinizsə, onda sizin möhtəşəm fikirləriniz çox sürətlə və heç bir əsər-əlamət qalamdan efirdən itəcək, çünki eyni işi edənlərin sayı həddindən artıq çoxdur.

Image result for social media
Image result for social media

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273