İKT

“Twitter” videoların baxılma sayını hesablamağa başladı
13 DEKABR 2017
181

“Twitter” videoların baxılma sayını hesablamağa başladı

2017-12-13 15:52:00

“Twitter” platformada yerləşdirilən videoların baxılma sayını göstərəcəyini elan edib. 
Fins.az-ın məlumatına görə, bu barədə mikrobloqlar şəbəkəsindən bildiriblər. 
“Twitter”in həm orqanik, həm də reklam videolarında baxışların sayı hesablanacaq. Burada ancaq pre-rollar istisnadır. 
“Videoink” portalı qeyd edib ki, bir çox istifadəçilər şikayət ediblər ki, onlar mobil cihazlardan olan baxışları görmür. Bununla belə, portal yazır ki, yenilik reklam verənlər tərəfindən böyük marağa səbəb ola bilər. Onlar digər sosial şəbəkəni – “Facebook”u misal olaraq çəkərək bildiriblər ki, “Facebook” bu funksiyanı 2014-cü ildən tətbiq edir.  
Əlavə edək ki, “Twitter”də videoların baxılması ikinci saniyədən sonra hesaba alınır. “Facebook” və “Instagram”da isə bu göstərici üçüncü saniyədən hesaba alınmağa başlanılır.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277