İKT

“Xiaomi” bir rübdə 27,6 milyon smartfon satdı
11 DEKABR 2017
324

“Xiaomi” bir rübdə 27,6 milyon smartfon satdı

2017-12-11 15:49:00

“Xiaomi” şirkəti tanınmış brendlər arasında ən əlçatan tam ekranlı “Redmi 5” və “Redmi 5 Plus” smartfonlarını təqdim edib. 

Fins.az-ın məlumatına görə, istehsalçı elan edib ki, bu ilin üçüncü rübünün nəticələrinə əsasən, 27,6 milyon ədəd smartfon satışına nail ola bilib.

Nəticədə “Xiaomi” dünyada ən yaxşı beş tədarükçüləri siyahısına daxil ola bilib. Bununla da şirkət bazar payını 3,7 faizdən 7,4 faizə qədər artıra bilib. Ötən ilin üçüncü rübü ilə müqayisədə şirkətin satışları 102,6 faiz artıb. 

Xatırladaq ki, “Xiaomi” Hindistanda smartfon bazarındakı böyüklüyünə görə ikinci olan “Samsung” şirkətini qabaqlamaq üzrədir.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254