İKT

2018-ci ildə işləməyə dəyər 10 amerikalı IT-şirkət
08 DEKABR
129

2018-ci ildə işləməyə dəyər 10 amerikalı IT-şirkət

2017-12-08 11:21:00

Glassdoor araşdırma şirkəti 2018-ci ildə ABŞ-da işləmək üçün ən yaxşı 100 şirkətin siyahısını təqdim edib. “2018-ci ildə işləmək üçün ən yaxşı iş yerləri – əməkdaşların seçimi” adlı reytinq cari il ərzində keçirilmiş sorğular əsasında tərtib edilib.

Fins.az siyahıda yer alan texnoloji şirkətləri seçib və ən yaxşı 10 şirkətin siyahısını təşkil edib.

  1. Facebook. Orta qiymətləndirmə — 4,6

Mark Zükerbergin şirkəti Glassdoor siyahısının lideri olub. 1961 əməkdaş IT-nəhəngdə işləmək barədə danışıb.

  1. Google. Orta qiymətləndirmə — 4,6

Sergey Brin və Larry Page tərəfindən yaradılmış Google şirkəti Glassdoor reytinqində beşinci pillənin sahibidir.

  1. HubSpot. Orta qiymətləndirmə — 4,6

Şirkət ümumi reytinqdə yeddinci pillədə yer alıb.

  1. Worldwide Technologies. Orta qiymətləndirmə — 4,5

IT-şirkət ümumi şirkətdə 8-ci pillədə qərarlaşıb.

  1. Ultimate Software. Orta qiymətləndirmə — 4,5

Glassdoor şirkəti siyahıda onuncu pillədə yerləşdirib.

  1. SAP. Orta qiymətləndirmə — 4,5

Şirkət ümumi reytinqdə 11-ci pillənin sahibidir.

  1. Saleforce. Orta qiymətləndirmə — 4,5

Saleforce şirkəti Glassdoor reytinqində 15-ci pillədədir.

  1. LinkedIn. Orta qiymətləndirmə — 4,5

LinkedIn ümumi reytinqdə 21-ci pilləni məşğul edib.

  1. DocuSign. Orta qiymətləndirmə — 4,4

Şirkət ümumi reytinqdə 22-ci pillədədir.

  1. NVIDIA. Orta qiymətləndirmə — 4,4

Ümumi reytinqdə NVIDIA 24-cü pillədə qərarlaşıb.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289