İKT

"Azerfon”a yeni baş icraçı direktor təyin olunub
05 DEKABR
310

"Azerfon”a yeni baş icraçı direktor təyin olunub

2017-12-05 17:48:00

Bu gün “Azerfon” MMC (“Nar” ticarət nişanı) Qunnar Pankenin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edib.

“Azerfon” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyinatından öncə Q.Panke İran Telekommunikasiya Şirkətində (TCI) strategiya, marketinq və müştəri təcrübəsi üzrə direktor vəzifəsində çalışıb. O, sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 illik təcrübəyə malikdir. Q.Panke Almaniya, Fransa, Şərqi Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb. Biznes strategiyasının inkişafı, həyata keçirilməsi və monitorinqi sahəsində dərin bilik və təcrübəyə sahib olmaqla yanaşı, o, həm də beynəlxalq miqyaslı ekspert kimi tanınır.

“Əminliklə bildirmək istəyirəm ki, istifadəçilərimiz üçün ən sərfəli qiymətlər strategiyası, müştəriyönümlü xidmətlər və keyfiyyətin davamlı yüksəldilməsi strategiyasına sadiq qalacağıq”, - deyə yeni təyin olunmuş baş icraçı direktor bildirib.

Qeyd edək ki, “Azerfon” şirkətinin sabiq baş icraçı direktoru Klaus Müller yeni karyera imkanları ilə əlaqədar şirkətdən ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289