İKT

Çin tərtibatçıları “App Store”dan 17 milyard dollar qazanıb
05 DEKABR
127

Çin tərtibatçıları “App Store”dan 17 milyard dollar qazanıb

2017-12-05 16:17:00
“Apple” korporasiyasının baş direktoru Tim Kuk bildirib ki, Çində 1,8 milyon nəfər mobil əlavə tərtibatçısı “App Srore” platformasından istifadə edir. 
“Reuters”ə istinadən məlumatına görə, T.Kuk Vuçjen şəhərində keçirilən İnternet təhlükəsizliyi üzrə Ümumdünya konfransında çıxışı zamanı bildirib ki, öz tərtibatlarından onlar 16,93 milyard dollar pul qazanıblar. 
Tim Kukun sözlərinə görə, çinli tərtibatçıların əlavələri “App Store”un qlobal satışlarının dörddə birini təşkil edib. 
Çin “Apple” şirkəti üçün satışların həcminə görə üçüncü bazar hesab edilir. 2017-ci ilin üçüncü rübündə bu bazarın həcmi 2016-cı ilin analoji ilə müqayisədə 40 faiz artıb. Şirkətdə gələcək artımı gözləyirlər ki, bu da “iPhone 8” və “iPhone X” satışlarına olan tələbat sayəsində baş tutacaq.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289