İKT

İranlı nazir: "Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edirik"
05 DEKABR 2017
283

İranlı nazir: "Azərbaycanla kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edirik"

2017-12-05 15:51:00

"Azərbaycan və İran kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir". Fins.az xəbər verir ki, bunu İranın rabitə və informasiya naziri Əhməd Cavad bildirib.

"Bizim Azərbaycanla dərin bağlılığımız var. Ən böyük əməkdaşlığımız Azərbaycanla İran arasında mövcud olan data tranziti ilə bağlıdır. Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız mövcuddur. Poçt və "Elektron hökumət" sahəsində yeni əməkdaşlığa başlayırıq. Bundan başqa, iki ölkənin poçt operatoru arasında müqavilə imzalanıb. Poçt operatorlarımız artıq tranzitlərə başlayıblar. İki ölkə arasında qurulan dəmir yolu əlaqələri ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək. Digər bir sıra məsələlərdə də Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıyıq. Azərbaycana səhiyyə sahəsində müasir texnologiyalara əsaslanan keyfiyyətli və ucuz məhsullar vermək istəyirik".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256