İKT

“Facebook” uşaqlar üçün messencer yaratdı
05 DEKABR 2017
185

“Facebook” uşaqlar üçün messencer yaratdı

2017-12-05 15:49:00

“Facebook” şirkəti 6 yaşdan 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulmuş messencerini işə salır. 

“Associated Press” agentliyinə istinadən məlumatına görə, yeni əlavənin fərqli cəhəti o olacaq ki, uşaqların dostları ilə əlaqələrinə valideynləri nəzarət edə biləcəklər. 

Messencerin əsas auditoriyası 13 yaşına çatmamış uşaqlar olacaqlar. Belə ki, ABŞ Federal qanununa əsasən, 13 yaşına çatmayan istifadəçilərin “Facebook”da akkaunta sahib olması qadağan edilib. 

Agentliyin məlumatına görə, valideynlər nəinki övladlarının ünsiyyət dairəsinə nəzarət edə, həmçinin onların yazışmalarını izləyə biləcəklər. Çünki bu yazışmaları ancaq onlar silə biləcəklər. 
 
Bundan öncə isə məlum olub ki, “Facebook” Rusiyada “Marketplace” xidmətini işə salacaq. Bu xidmət rusiyalılara sosial şəbəkədən alış-veriş etmək imkanı verəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276