İKT

“Satoşi Nakamoto” kimdir? – MASKDAN AÇIQLAMA
29 NOYABR
384

“Satoşi Nakamoto” kimdir? – MASKDAN AÇIQLAMA

2017-11-29 12:26:00

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı İlon Mask hazırda dünyada ən populyar kriptovalyuta olan bitkoini onun yaratdığı barədə iddialara münasibət bildirib.

Fins.az-ın xəbərinə görə, milyarder iş adamı “Twitter”də yazıb ki, bu iddialar həqiqətə uyğun deyil. O deyib ki, bir neçə il əvvəl dostlarından biri ona müəyyən qədər bitkoin göndərib, lakin indi heç bilmir onlar haradadır.    

Qeyd edək ki, “SpaceX” şirkətinin sabiq əməkdaşı Sahil Qupta bitkoinin yaradılmasının arxasında milyarder İlon Maskın dayandığını və “Satoşi Nakamoto” psevdoniminin arxasında məhz onun gizləndiyini söyləyib. O deyib ki, İ. Mask bitkoinin yaradılmasında istifadə olunan “C + +” proqram dilinə yaxşı bələddir. S. Qupta xatırladıb ki, İ. Maskda qlobal problemləri həll etmək ehtirası var və bitkoin məhz 2008-ci ildə baş vermiş qlobal maliyyə böhranı ilə əlaqədar yaradılıb.

Xatırladaq ki, bitkoin kriptovalyutasını 2009-cu ildə “Satoşi Nakamoto” nikli şəxs və ya şəxslər yaradıb. Onun (və ya onların) kimliyi hələ də bəlli deyil.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288