İKT

“LG” ekranlı ilk “Samsung” televizorların satışa çıxarılacağı tarix açıqlandı
29 NOYABR 2017
218

“LG” ekranlı ilk “Samsung” televizorların satışa çıxarılacağı tarix açıqlandı

2017-11-29 10:23:00

“Samsung” və “LG” arasında tarixdə ilk dəfə bir şirkətdən digərinə ekranların tədarükü sahəsində əməkdaşlıqla bağlı danışıqlar başa çatıb. “LG” displeylərinin istifadə olunacağı ilk “Samsung” televizorları 2018-ci ildə satışa çıxarılacaq. Tədarük həcminin 100 min ədəd təşkil edəcəyi gözlənilir.

Fins.az xəbər verir ki, bu barədə “The Investor” nəşri məlumat yayıb.

Bu ilin iyulunda “LG Display” şirkəti “Samsung” televizorları üçün panellərin spesifikasiyasını, eləcə də tədarük həcminin təsdiqini planlaşdırıb. Lakin sazişin imzalanması təxirə salınıb.

Məlumata görə, danışıqlara 2017-ci ilin yanvarında başlanılıb. “LG Display” Yaponiyanın “Sharp” şirkətini əvəzləyərək “Samsung” televizorları üçün ekran istehsalçısı olacaq və 2017-ci ildə yeni sifarişlərin yerinə yetirilməsinə başlayacaq. “LG Display” və “Samsung” şirkətləri “LCD” panelləri sahəsində mümkün əməkdaşlıqla bağlı danışıqların aparılmasını rəsmən təsdiq etsələr də, bu barədə ətraflı məlumat verməyiblər.

Bildirilir ki, şirkətlər nəzərdə tutulan sövdələşməni 2016-cı ilin noyabrında “Sharp” istehsalçısı tərəfindən “Samsung” şirkəti ilə imzalanan müqavilənin dayandırılması barədə məlumat verildikdən sonra müzakirə etməyə başlayıblar. Əvvəlcə “Samsung” şirkəti 2017-ci ildə “Sharp”dan 4,5 milyon televizor paneli almağı planlaşdırıb. Sifarişin əksər hissəsini diaqonal üzrə 40, 60 və 70 düym ölçülü ekranlar təşkil edib. “Samsung” şirkəti panelləri “LG Display” ilə yanaşı, “BOE” daxil olmaqla Çin istehsalçılarından satın almağa hazırlaşır.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301