İKT

“Qara cümə” Bezosu “ağ gün”ə çıxardı – 100 MİLYARD$
27 NOYABR 2017
649

“Qara cümə” Bezosu “ağ gün”ə çıxardı – 100 MİLYARD$

2017-11-27 11:28:00

“Amazon” online ticarət platformasının yaradıcısı Ceff Bezosun sərvəti “qara cümə” günü həyata keçirilən satışlar nəticəsində 2,4 milyard dollar artaraq 100,3 milyard dollara çatıb.

Fins.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, bu, iri həcmli satışlar sayəsində sərmayəçilərin nikbinliyi nəticəsində şirkət səhmlərinin dəyərinin 2% yüksəlməsindən sonra baş verib. Bundan əvvəl 100 milyardlıq həddi keçə bilən şəxs 1999-cu ildə “Microsoft”un yaradıcısı Bill Geyts olmuşdu.

Ümumilikdə 24 noyabrda “Amazon”un satışları ötən ilin eyni dövrü ilə müqayisədə 18,4% artıb.

Xatırladaq ki, C. Bezos “Forbes”un milyarderlər siyahısında B. Geytsi ötərək 1-ci sıraya yüksəlib. Son reytinqdə “Amazon”un sahibinin sərvəti 92 milyard dollar, “Microsoft”un təsisçisinin sərvəti isə 90 milyard dollar həcmində qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254