İKT

Çində insanı səsinə görə tanıyan sistem hazırlanır
24 NOYABR 2017
339

Çində insanı səsinə görə tanıyan sistem hazırlanır

2017-11-24 16:52:00

Çinin “SpeakIn” startapının yaradıcıları insanı səsinə görə tanıyan sistem üzərində işləyirlər. Texnologiya insanın səsinin unikal xarakteristikalarını müəyyən edir. Sistemə insanı müəyyən etmək üçün cəmi bir neçə saniyə lazımdır.

Fins.az xəbər verir ki, “səs izləri” tamamilə fərdiləşdirilib və əlavə bioloji identifikator kimi xidmət edə bilər. Texnologiya, ilk növbədə, təhlükəsizlik sistemlərinin yaradılması üçün faydalı olacaq. Məsələn, sistem cinayətkarları tanıya və izləyə biləcək. “SpeakIn” səslərin məlumat bazasının yaradılması üçün Çin polisi ilə sıx əməkdaşlıq edir.

“SpeakIn” artıq bir sıra böyük investorları cəlb etməyə nail olub. Hazırda şirkətlə “Lenovo”, “Tencent”, “Asus”, “China Merchants Bank” əməkdaşlıq edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276