İKT

Çində “Skype”a qadağa qoyuldu
22 NOYABR 2017
272

Çində “Skype”a qadağa qoyuldu

2017-11-22 14:19:00

“Apple” şirkəti Çində özünün “App Store” mağazasından bütün dünyada populyar olan “Skype” əlavəsini silib.

Fins.az  xəbər verir ki, bununla da onlar Çin hökumətinin tələbini yerinə yetirib. Belə ki, Çin hökuməti bu əlavəni ölkə qanunlarını pozduğuna görə rədd ediblər.

Uzun müddət idi ki, Çin sakinləri “App Store” mağazasından “Skype” əlavəsini yükləyə bilirdilər. Ancaq bu günlərdə Çin hökuməti şirkət rəsmilərinə müraciət ünvanlayıb ki, şirkətin onlayn mağazasındakı bir sıra əlavələr ölkə qanunvericiliyinin tələblərinə cavab vermir.

“Skype”dan başqa, “Apple” şirkəti “App Store”dən “Microsoft Phone” və həmçinin rabitə üçün yararlı olan bir sıra populyar əlavələri yığışdırıb.

Xatırladaq ki, bu addımlarla Çin internetin yenidən qurulmasına yönəlmiş layihəsini tamamlamış olur. Ölkədə istifadəçilər artıq “Google”, “Facebook” və “Twitter”ə çıxış əldə edə bilmirlər. 

©Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276