İKT

“Tencent”in bazar dəyəri “Facebook”a yaxınlaşıb
20 NOYABR
144

“Tencent”in bazar dəyəri “Facebook”a yaxınlaşıb

2017-11-20 14:28:00

2017-ci ilin son rübü ərzində Çinin “Tencent Holding Ltd.” telekommunikasiya nəhənginin gəliri 69% artıb.

Fins.az xəbər verir ki, “WeChаt” və QQ xidmətlərinin sahibi olan şirkətin iyul-sentyabr aylarında gəliri 18 milyard yuan (2,7 milyard dollar) təşkil edib. Analitiklərin gözləntisi isə 15 milyard yuan idi. İl ərzində gəlirlər 61 milyard yuan (9,2 milyard $) olub. Gəlirlərin əsas hissəsi online oyunlardan, xüsusən populyar mobil oyun “Honour of Kings”dən əldə edilib. 2017-ci ilin əvvəlində bu oyun yüklənmə sayına görə “App Store”da rekorda nail olmuşdu.

Gəlirlərin artmasına kompüter oyunlarının işlənib hazırlanması ilə məşğul olan ABŞ şirkəti “Epic Games”in satın alınması, eləcə də, elektromobil istehsalçısı “Tesla”nın 5% səhmlərinin əldə olunması da müsbət təsir göstərib. Bundan başqa, ötən həftə çinlilər “Snapchat”in yaradıcısı “Snap İnc.” şirkətinin səhmlərinin 12%-ni əldə ediblər.

“Tencent”in ən populyar məhsulu “WeChat” sosial şəbəkəsidir. Hazırda onun 980 milyon nəfərdən çox istifadəçisi var. Lakin son rübdə “WeChat”in gəliri cəmi 16% artıb.

2016-cı ildə “Tencent” Çinin ən dəyərli şirkəti olub və dünyanın 10 ən nəhəng şirkəti arasına girib. “Tencent”in bazar dəyəri “Facebook”un 520 milyard dollarlıq bazar dəyərinə çox yaxınlaşıb.

© Lent.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289