İKT

Texnoloji Şəhər inşa ediləcək
15 NOYABR
120

Texnoloji Şəhər inşa ediləcək

2017-11-15 14:25:00
Bill Geyts, Arizona’da Texnoloji Şəhər Layihəsinə Girdi 
Microsoft-in qurucusu Geyts, Arizonada 80 milyon dollara aldığı 100 kvadrat kilometrlik ərəziyle, ağıllı şəhər bazarına girdi.  80 min yaşayışdan ibarət olan şəhər, ABŞ-ın ən texnoloji şəhəri olacaq.
Microsoft proqram şirkətinin qurucusu Bill Geyts smart şəhər layihəsi üçün mübarizə aparır. Alınan məlumata görə, Geytsin investisiya şirkətlərindən biri ABŞ-ın Arizona əyalətində yeni bir şəhər qurmaq üçün 80 milyon dollarlıq torpaq alıb. Arizona’da Belmont Partners investisiya sərmayə şirkəti tərəfindən satın alınan 100 kvadrat kilometrlik sahədə ağıllı şəhər inşa ediləcəyi açıqlandı.
Layihənin açılması ilə bağlı melumat verilmişdir ki,  “Belmont, inkişaf etmiş bir infrastruktur, yüksək sürətli rəqəmsal şəbəkələr, informasiya mərkəzləri və kommunikasiya şəbəkələri, yeni istehsal üsulları və paylayıcı modelləri ilə gələcək görünüşlü bir ictimaiyyətdir. Muxtar nəqliyyat vasitələri və muxtar lojistik mərkəzləri olacaq”.
 
AĞILLI EV nədir ?
- Ağıllı evin tərifi dünyanın bir çox avtomatlaşdırma sisteminə malik olan konstruksiyalar üçün istifadə olunur.
- Bütün sistemlər bir-birinə bağlı olduqda və istifadəçi tərəfindən tək bir mənbədən idarə oluna bilən struktur yalnız ağıllı hesab edilə bilər.
- Sistemlərin bir-birinə paralel olduğu və hər bir sistemin ayrı bir qaynaqdan idarə olunduğu yerlər kifayət qədər "ağıllı" sayılmır.
- Ağıllı sistemlər ünsiyyət, əyləncə, təhlükəsizlik və rahatlığı əhatə edir.
- Dünyada 500-dən çox şirkət ağıllı ev sistemlərində məhsul və xidmətlər inkişaf etdirir.
- Ancaq hər şirkətin proqram və təchizat baxımından öz sistemini inkişaf etdirdiyi üçün hələ ağıllı məhəllə, ağıllı səmt və ağıllı şəhərlərdən söz etmək mümkün deyildir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291