İKT

Duman əleyhinə yol lazer sistemi icad edilib
14 NOYABR
182

Duman əleyhinə yol lazer sistemi icad edilib

2017-11-14 10:58:00

İtaliyalı elektronika mütəxəssisləri dumanlı havalarda parlayaraq dəhlizlər çəkən radarlı yol lazer sistemi yaradıblar.

Fins.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, 42 yaşlı elektronika mütəxəssisi Domeniko Qallo ölümlə nəticələnən avtomobil qəzasına şahid olur. Bu hadisədən sonra o, yol lazer sistemini icad etməyə qərar verir.

Ağır iqlim şəraitində sınaqdan keçirilmiş və tam avtomatlaşdırılmış “LaserAid” adlı sistem yolu duman bürüdüyü zaman işə düşür. İtaliyanın yol xidməti tədricən ölkənin bütün yollarını "lazer" duman əleyhinə qurğularla təchiz etmək niyyətindədir. Yolu işıqlandıran adi fənərlərin analoji iş prinsipinə malik bu qurğu yol boyu dayaq və sütunlarda yerləşdirilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291