İKT

Eks-prezident “Facebook”un yaradılmasının əsl səbəbini açıqladı
13 NOYABR
239

Eks-prezident “Facebook”un yaradılmasının əsl səbəbini açıqladı

2017-11-13 16:16:00

“Facebook” sosial şəbəkəsinin sabiq prezidenti Şon Parker sosial şəbəkənin yaradılmasının əsl səbəbini açıqlayıb.

Fins.az-ın Lent.az-a istinadən məlumatına görə, o bildirib ki, tərtibatçılar bilərəkdən insan beyninin həssaslığından istifadə ediblər və layklar (bəyənmələr), şərhlər  və sair vasitələrlə insan beyninə təsir göstərmək istəyiblər.

Şon Parker bildirib ki, istifadəçilər zaman-zaman daha çox həcmdə informasiya və məlumat almaq tələbatını hiss edirlər. Hər kəs istəyir ki, onun bölüşdüyü postlar və şərhlər daha çox bəyənilmə və repost toplaya bilsin. Artıq sübut olunub ki, sosial şəbəkələr insanın anlayışına mənfi təsir göstərir. Bir zamandan sonra o, daha az məhsuldar olur və dünyanı başqa cür görür.

Şon Parker bəyan edib ki, “Facebook”un uşaq və yeniyetmələrə nə cür təsir edəcəyi barədə anlayışı da olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291