İKT

Britaniya kəşfiyyatı da “Kasperski”dən şübhələndi
13 NOYABR
98

Britaniya kəşfiyyatı da “Kasperski”dən şübhələndi

2017-11-13 14:10:00

Rusiyanın məşhur “Kasperski Laboratoriyası”nın fəaliyyəti ABŞ-dan sonra Böyük Britaniyada da narahatlıq doğurub.

Fins.az-ın “The Financial Times”a istinadən verdiyi xəbərə görə, Britaniya xüsusi xidmət orqanları “Kasperski Laboratoriyası”nın antivirus proqramlarının ölkədə geniş yayılmasından narahatdır. Belə ki, informasiya təhlükəsizliyinə cavabdeh olan Hökumət Rabitə Mərkəzi (GCHQ) Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “Kasperski”nin “soft”undan casusluq məqsədilə yararlana biləcəyindən şübhələnir. GCHQ hesab edir ki, Rusiya kəşfiyyatı hökumət nümayəndələrini və hərbi rəhbərliyi izləyə bilər.

“The Financial Times”ın xəbərinə əsasən artıq məşhur “Barclays” bankı “Kasperski Laboratoriyası” ilə əməkdaşlığı dayandırmaq niyyətindədir. Bankdan bildirilib ki, bu qərar kommersiya səbəbləri ilə əlaqədar qəbul olunub və qurum kəşfiyyatdan hər hansı tövsiyə almayıb.

Xatırladaq ki, ABŞ-ın dövlət idarələrində "Kasperski Laboratoriyası"nın məhsullarından istifadə etmək qadağan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291