İKT

"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur
10 NOYABR
736

"Apple"dan tarixi etiraf: Yeni smartfonlar qüsurludur

2017-11-10 17:44:00

“Apple” şirkəti yeni “iPhone X” smartfonlarında qüsurların olduğunu etiraf edib.

Fins.az-ın Trend-ə istinadən məlumatına görə, şirkət soyuq havada sensorlu ekranın toxunuşlara reaksiya vermədiyini bildirib.

Qeyd olunur ki, daha öncə istifadəçilər sıfır dərəcəyə yaxın hava şəraitində telefonun ekranının işləmədiyini bildiriblər. Bundan sonra “Apple” şirkəti bu qüsurun mövcud olduğunu etiraf edib.

Şirkət bu problemin növbəti yenilənmə zamanı aradan qaldırılacağını bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291