İKT

“Kaspersky Lab”dan xəbərdarlıq: “Şirkətlərdə işçilərlə bağlı boşluq var”
10 NOYABR
155

“Kaspersky Lab”dan xəbərdarlıq: “Şirkətlərdə işçilərlə bağlı boşluq var”

2017-11-10 13:01:00
Bu ilin yanvar-oktyabr aylarında “Kaspersky Lab” həlləri Azərbaycan müəssisələrindəki 5435 kompüterə zərərli proqram təminatı tərəfindən olan hücumları dəf edib. Bu ilin 10 ayı ərzində Azərbaycanda korpoorativ istifadəçilər arasında 5500 kompyuter zərərverici proqramlar tərəfindən hücumlara məruz qalıb. Hər kompyuter 50 dəfə hücuma məruz qalıb.
 Bunu Fins.az-a “Kaspersky Lab” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Müşfiq Məmmədov deyib. Ümumi kiberhücum cəhdlərinin sayı isə 286.525-ə çatır. O bildirib ki, istənilən şirkətdə baş verən kiberinsidentlərin və bununla əlaqədar yaranan məlumat sızıntısının əsas səbəbi insan faktorunun mövcudluğu və kompüter təhlükələrinin zamanında aşkarlanması üçün lazımi biliklərin olmamasıdır: “Araşdırma göstərdi ki, müəssisələrdə kompüter qəzalarının demək olar ki, yarısı (46%) əməkdaşların diqqətsizliyi ucbatından əmələ gələn məlumat sızıntısına görə baş verib. Bu da insan faktorunu informasiya təhlükəsizliyi sahəsində baş verən qəzaların zərərli proqram təminatı ilə yoluxmadan sonra ikinci ən geniş yayılmış səbəbinə çevririr”. 
Şirkətlər kibertəhlükələrdən qorunma sistemində insan faktorunun  nə qədər əhəmiyyətli olduğunu anlamağa başlayıblar. Məsələn, sorğuda iştirak edən təşkilatların 52%-i təhlükəsizlik sistemlərindəki ən böyük boşluğun əməkdaşların diqqətsiz hərəkətləri olduğunu bildirib. Respondentlərin 1/3 hissəsindən çoxu isə (35%) bildirib ki, yaxın müddətdə işçilər üçün kibertəhlükəsizlik sahəsində təlimlər keçirməyi planlaşdırırlar.
M.Məmmədov bildirib ki, şirkətlərin kibertəhlükələrlə üzləşmə riskini azaltmaq üçün məhz insanların informasiya təhlükəsizliyi sahəsində təlimatlandırılması və kompüter savadlılığının artırılması gərəkdir. Bu məqsədlə “Kaspersky Lab” şirkəti informasiya təhlükəsizliyi sahəsində korporativ mədəniyyətin yaradılmasına yönəlmiş interaktiv təlimləri özündə birləşdirən “Kaspersky Cybersecurity Awareness” adlı şirkət işçilərinin kibertəhlükələrə qarşı məlumatlılığının artırılmasına yönəlmiş proqram buraxıb. Kibertəhlükəsizlik sahəsində təlim platforması şirkətin bütün işçiləri üçün nəzərdə tutulub və interaktiv onlayn təlimlər formatında qurulub.
“İnformasiya təhlükəsizliyi ilə bağlı risklərin işçilər tərəfindən anlaşılması korporativ kibermüdafiə strategiyasının əsas hissəsidir, məhz buna görə də personalın təlimatlandırılmasına xüsusi diqqət ayırmaq lazımdır. Bununla yanaşı, bu məqsədlə təşkil olunan təlimlər heç kəsin maraq göstərmədiyi və iştirakçıların öyrəndiklərini işdə tətbiq etmək həvəsi olmayan standart məcburi xarakter daşımamalıdır. Bizim təlimə olan yanaşmamız standart praktikalardan fərqlidir. Əlbəttə, biz bildiyimiz maksimum məlumatları əməkdaşlara çatdırmağa çalışırıq, lakin bununla belə, biz psixoloji faktoru nəzərə alırıq və insan üçün maraqlı və cəlbedici kollektiv treninqlər formatlarından istifadə edirik. Eyni zamanda, biz anlayırıq ki, əməkdaşların tutduğu vəzifə, fəaliyyət sahəsi və səlahiyyətdən asılı olaraq kibertəhlükəsizliklə bağlı təlimlərə olan tələbatı və gözləntiləri fərqlənir. Məhz buna görə bizim proqramda təlimlərin təşkili üzrə müxtəlif səbiyyələr və formatlar nəzərdə tutulub”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291