İKT

Sizi daim məşğul edən Facebook haqqında – BİLMƏDİKLƏRİNİZ
08 NOYABR
382

Sizi daim məşğul edən Facebook haqqında – BİLMƏDİKLƏRİNİZ

2017-11-08 12:45:00

1. Üz Tanıma

Facebookda bir dostunuz sizə hər hansı post etiketlədiyi zaman bu bilgi proqramın yaddaşına qeyd edilir. Beləliklə, facebookun süni intellekti sizin üzünüzü tanıyır. Bu proqramın alqorifmi o qədər güclüdür ki, təxminləri 98% ehtimalla doğru çıxır. Facebooka yüklənən hər yeni foto onun süni intellektini daha da genişləndirir. Bu mövzuda maraqlı olan tək şey isə facebookun bu xüsusiyyəti şirkətlərə və ya dövlət qurumlarına satıb-satmadığıdır.

2. Nə zaman, harada olduğunuz bilinir

Facebookla əlaqəli olan Messenger proqramını yükləmisinizsə, olduğunuz mövqe asanlıqla tapılır. Facebook vasitəsilə harada olduğunuzun tapılmamasını istəyirsinizsə, Messenger proqramındakı xəritə özəlliyini bağlamalısınız.

3. Facebookdan istifadə edərkən özünüzü yaxşı hiss etməyə bilərsiniz

Yale Universitetinin araşdırmaçıları sosial şəbəkələrdən istifadə edənlərin digər insanlara nisbətən bədbəxt olduğunu ortaya çıxarıb. Daim başqalarının həyatını görmək, onları bəyənmək insanların öz həyatındakı əskikləri görməyə və onları pis hiss etməyə səbəb olur.

4. Facebook düşündüyümüzdən daha çox şey bilir

Facebook proqramı daimi olaraq həyatımızı məşğul edir. Bəs bunu necə bacarır? Təbii ki, daimi olaraq yeni xüsusiyyətləri istifadəyə verməklə. Biz fərqində olmadan hər addımımızı analiz edir və hətta, nəyə pul xərclədiyimizi belə bilir.

5. İnsanların nə zaman yatdığını belə bilir

Facebook Messenger ilə birlikdə insanların ən son nə zaman aktiv olduğunu görə bilir. Mütəxəssis Soren Louv-Yansen məhz bu xüsusiyyətdən istifadə edərək dostlarının yuxu qrafikini tərtib edib. O, facebook informasiyalarından istifadə edərək dostlarının neçə saat yatdığını hesablayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291