İKT

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə daha bir park qoşuldu
08 NOYABR
112

Bakıda pulsuz “Wi-Fi” şəbəkəsinə daha bir park qoşuldu

2017-11-08 12:22:00

“Bakı Telefon Rabitəsi” MMC pulsuz “Wi-Fi” xidmətinin əhatə dairəsini Nərimanov parkınadək (eyniadlı metro stansiyasının yaxınlığında) qədər genişləndirib.

Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin paytaxtın daha 3 parkın ərazisində tətbiq olunması nəzərdə tutulur. Bununla da pulsuz “Wi-Fi” xidmətinin əhatə etdiyi parkların sayı 20-ə çatacaq

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, “Qış parkı”, “Zabitlər” parkı, “Sahil”, “Axundov”, “Sabir”, “Xaqani”, “Hüseyn Cavid”, “Səməd Vurğun”, “Muğan”, “Dədə Qorqud”, “Port Baku Residence”lə “Port Baku Mall” arasında yerləşən “Fashion Avenue” və “İzmir” parkları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1,5 milyondan çox qoşulma qeydə alınıb.

© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291