İKT

“iPhone X”la bağlı ilk problem
07 NOYABR
860

“iPhone X”la bağlı ilk problem

2017-11-07 08:00:00

“Apple” korporasiyası yeni “iPhone X” smartfonlarındakı problem barədə xəbərdarlıqla çıxış edib.

Fins.az verdiyi xəbərə görə, şirkət “iPhone X”un displeyində qızma baş verə biləcəyini açıqlayıb. Əgər ekranda yüksək kontrasta malik parlaq təsvir uzun müddət qalarsa, qızma baş verə bilər.

“Apple” öz saytında xüsusi təlimat yerləşdirərək indiyədək mobil bazarda ən yaxşı displey adlandırılan “Super Retina”nın qızmasının qarşısını necə almağın yolları barədə məlumat verib.

Qeyd edək ki, bu yaxınlarda təqdim olunmuş “Pixel 2 XL” smartfonlarında da analoji problem aşkarlanıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291