İKT

Instagramda ban olmamaq üçün nələri bilməliyik?
02 NOYABR 2017
426

Instagramda ban olmamaq üçün nələri bilməliyik?

2017-11-02 10:00:00

Sosial mediada marketinqin sürətlə inkişaf etdiyi dövrdə brendlərin, markaların sosial media kanallarına üz tutması, izləyici kütləsini artırmağa çalışması təbiidir. Ölkəmizdə şirkətlər üçün digital marketinq deyəndə ağla ilk facebook gəlirsə daha sonra instagram gəlir. Düzdür, bu ayrı bir dərddir ki, bizdə digital marketinq anlayışı facebook və instagram çərçivəsindən çox da kənara çıxmır, lakin bu dəfə bu barədə deyil, şirkətlərin bəzən qorxulu kabusuna çevrilən hadisədən danışacam: Instagramda ban olunma səbəbləri

Təbii ki, hamıya çox ağır gələr, aylarla əziyyət çəkəsən, müəyyən audioriya toplayasan və bir gün bu əziyyətin hədər olsun, akkauntun bağlansın. Lakin əksər hallarda bu acınacaqlı vəziyyətin səbəbkarı, günahkarı özümüz yaxud təcrübəsiz SMM işçimiz olur. Facebooka nisbətən instagram akkauntu ban etməyə daha qəddardır. Və bərpası da bəzən müşkül olur.

Instagram akkauntları iki cür cəzalandırır:
1. Hər hansı funksiyanı məsələn, şərh yazmaq, directə yazmaq və s. aktivlikləri müəyyən müddətə Sizin üçün deaktiv etməklə
2. Akkauntu bir dəfəlik bağlamaqla. Buna “ban” deyil. (ingilis dilindən tərcümədə – yasaq qoymaq, qadağan etmək, qovulma)

Birinci bənd dəfələrlə təkrarlananda ikinci bənd qaçılmazdır.

İndi isə gəlin instagramda ban olunma səbəbləri haqqında bəzi bilgilərə sahib olaq və təhlükə doğuracaq addımları növbəti dəfələrdə təkrarlamaq üçün məlumatlanaq. 

Ən çox rast gəlinən hallara nəzər yetirək:

Profil məlumatlarınızın olmalı sahələri boş saxlamayın. Məsələn, özünüz haqqında informasiya, doğum tarixi, cins, məkan, avatar şəkli. Bu sahələrin doldurulması Sizə həm insanlar həm də instagram tərəfindən inamı artırır.

Kütləvi şəkildə hamıya birdən Follow (Подписаться) atmayın, Like etməyin. Bunu əsasən də təcrübəsi az olanlar edir. Yeni akkaunt açan kimi istəyirlər birdən birə tanınmış olsunlar. Buna görə ban olunacağınız qaçılmazdır. Necə deyərlər, tez alışan tez sönər. 
Ümumiyyətlə follow, like, unfollow kimi aktivliklər üçün bəzi limitlər var ki, gün ərzində bu limitlərə riayət etmək lazımdır. Əslində bu limitlərin olması çox yaxşı haldır və bu sosial şəbəkə istifadəçilərinin xeyrinədir. Bir anlıq təsəvvür edin, heç bir şeyə limit yoxdur və spammerlərin, botların əlindən çarəsiz qalarıq. 
Bəyənmə və izləyici sayı artıran botlardan və servislərdən uzaq durmaq lazımdır, yaxud onlardan istifadə olunduğu zaman çox ehtiyatla davranmaq lazımdır.

Eyni şərhi Copy/Paste edib ucdantutma olaraq başqalarının postlarında yazmayın. Bu halla ən çox satışla məşğul olan profillərdə rast gəlinir. Məsələn, “qadın aksessuarları burada” ifadəsini götürüb qarşılarına çıxan postlarda şərhə yazırlar. Bu spamdır və Sizi ban gözləyir. Ən yaxşı halda şərh yazma funsiyasını sizin üçün bir neçə saatlıq yaxud həftəlik bağlayacaqlar. Səhvi təkrarlasanız bağışlanmayacaqsınız.

Başqa postların şərh hissəsində sizi Sizi follow etməyən insanları toplu şəkildə tag etməyin. Bu addımı adətən hər hansı konkursda iştirak edəndə atırsınız yaxud birbaşa olaraq özünüzü spam şəklində reklam edəndə.

Instagramda ban olunma səbəblərindən biri də başqalarına məxsus olan şəkillərin istifadə olunmasıdır. Düzdür, İnstagram özü çox nadir hallarda Sizin başqasına məxsus olan şəkillərdən istifadə edib etmədiyinizi yoxlayır, lakin əgər şəklin müəllifi yaxud hər hansi diqqətli izləyiciniz və ya elə rəqibiniz intellektual mülkiyyət hüquqlarının pozuntusu üzrə şikayət edərsə vəziyyət Sizin üçün heç də ürəkaçan olmaya bilər.

Qeyd etdiyim bəndlərə əməl etsək akkauntu itirmə qorxusu bizdən yan keçər. Çünki əziyyətlə əldə olunan hər şeyin itirilməsi acı verir 

http://xeyalquliyev.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301