İKT

“Aibo” robot itinin yeni versiyası buraxılıb – VİDEO
02 NOYABR
103

“Aibo” robot itinin yeni versiyası buraxılıb – VİDEO

2017-11-02 09:13:00

“Sony” şirkəti məşhur “Aibo” robot itinin yeni nəslini təqdim edib.

Fins.az xəbər verir ki, yeni model 1999-cu ildə buraxılan orijinaldan daha “canlı” və mehriban eksteryeri, eləcə də genişləndirilmiş imkanları ilə fərqlənir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, “Aibo” robotu “Google Home” kimi ev rəqəmli yardımçı qurğularını əvəzləmək deyil, böyüklər və uşaqlar üçün tərəf müqabili məqsədilə yaradılıb.

Bildirilir ki, robot it səsli komandalara cavab verə, quyruq bulaya, bir neçə tryuk yerinə yetirə və “OLED” göz vasitəsilə “emosiyalar” ifadə edə bilir. İnternetə qoşulmaq üçün “Wi-Fi” və “LTE” şəbəkələri nəzərdə tutulub. Süni intellektə əsaslanan “Sony” “bulud” servisi “Aibo” robotunun ətrafında gördüyü və eşitdiyini təhlil edir, eləcə də digər robot itlərlə təcrübə mübadiləsini həyata keçirir.

“Sony” şirkəti artıq Yaponiyada satışları 11 yanvar 2018-ci ilə nəzərdə tutulan “Aibo” üçün ilkin sifarişlərin qəbuluna başlayıb. Qiyməti 1740 dollar təşkil edəcək qurğu üçün 3 illik müddətə “bulud” servisindən istifadə və yeni funksiyaların yüklənilməsinə görə 26 dollar aylıq abunə haqqı tələb olunacaq.

© ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291