İKT

Bazara iPhone X-in “qatili” buraxıldı
02 NOYABR
833

Bazara iPhone X-in “qatili” buraxıldı

2017-11-02 08:00:00

LG şirkəti bütün parametrlərinə görə “iPhone X”dən üstün olacaq yeni G7 smartfonunun təqdim edib.

Gazetadaily.ru saytına istinadən məlumatına görə, çoxdan gözlənilən “iPhone X” smartfonunun rəsmi satışlarının başlanmasına qədər bir neçə gün qalmış Cənubi Koreya şirkəti özünün yeni LG G7 smartfonunu təqdim edib.

Bu smartfon bütün parametrlərinə görə “Apple”nin yeni məhsulunu üstələyəcək. Mütəxəssislər artıq proqnozlaşdırır ki, LG-nin cihazı “iPhone”nin “qatili” olacaq. Çünki bu smartfonun qiyməti də o qədər ucuz deyil. Bununla belə, o, şüşədən düzəldilmiş unikal arxa panelə malikdir ki, onun da barmaq izləri skaner olacaq.

İstifadəçiləri üfüqi modulla yerləşən ikili kamera da sevindirəcək. Bundan başqa, onun ön paneli tam olaraq displeylə yaradılacaq. LG G7 səkkiznüvəli prosessora, 6 GB əməliyyat yaddaşına və 128 GB daxili yaddaşa malik olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291