İKT

Bakıda pulsuz "Wi-Fi" şəbəkəsinə daha bir park qoşuldu
01 NOYABR
140

Bakıda pulsuz "Wi-Fi" şəbəkəsinə daha bir park qoşuldu

2017-11-01 09:10:00

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini İzmir parkına qədər genişləndirib.

Şirkətdən verilən məlumata görə, yaxın zamanlarda xidmətin əhatə dairəsinin "Nərimanov" parkınadək genişləndirilməsi nəzərdə tutulur. Hazırda bu parkda şəbəkə test mərhələsindədir.

Qeyd edək ki, simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, "Qış parkı", "Zabitlər" parkı, "Sahil", "Axundov", "Sabir", "Xaqani", "Hüseyn Cavid", "Səməd Vurğun", "Muğan", “Dədə Qorqud” və “Port Baku Residence”lə “Port Baku Mall” arasında yerləşən “Fashion Avenue” parkları daxildir.

Xidmət işə salındıqdan etibarən şəbəkəyə 1 milyondan çox qoşulma qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291