İKT

“Samsung” coşdu - REKORD GƏLİR!
01 NOYABR
252

“Samsung” coşdu - REKORD GƏLİR!

2017-11-01 08:00:00

“Samsung Electronics” korporasiyası bu ilin üçüncü rübünün nəticələrisə əsasən rekord gəlir əldə etdiyini açıqlayıb.

Fins.az-ın xəbərinə görə, 3-cü rübdə şirkətin xalis mənfəəti 11,2 trilyon von (9,9 milyard) dollar artıb. 2016-cı ilin analoji dövründə bu göstərici 4,5 trilyon von idi.

Hesabat dövründə ümumi gəlirlər 29,7% artaraq 62,05 trilyon vona (55,2 milyard dollar) çatıb. Əməliyyat gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 14,53 trilyon von (12,9 milyard dollar) təşkil edib.

Şirkətin mobil biznesinin əməliyyat gəliri 33 dəfə artaraq 3,29 trilyon vona (2,9 milyard dollar) yüksəlib.

Hesabatın açıqlanmasından sonra “Samsung Electronics”in səhmləri 2% bahalaşaraq tarixi maksimuma yaxınlaşıb. 2016-cı ilin əvvəlindən bəri səhmlərin dəyəri iki dəfdən çox yüksəlib. Lakin rəhbərlik hələ də digər qlobal firmalarla müqayisədə səhmlərin dəyərinin az olduğunu düşünür. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287