İKT

“Facebook” insanları dinləyir? – İTTİHAM
31 OKTYABR
317

“Facebook” insanları dinləyir? – İTTİHAM

2017-10-31 10:42:00

İstifadəçilər kütləvi şəkildə “Facebook”u telefon danışıqlarını dinləməkdə ittiham ediblər. 

Fins.az-ın verdiyi xəbərə görə, istifadəçilər bildirirlər ki, sosial şəbəkə əldə etdiyi məlumatlardan öz reklam siyasətində yararlanır.  

“Facebook”un vitse-prezidenti Rob Qoldman ittihamlara cavab verib. “Mən “Facebook”da reklama baxıram. Biz sizin mikrofonlarınızdan reklam üçün istifadə etmirik və heç vaxt istifadə etməmişik”, - deyə o, bildirib.   

Bəzi istifadəçilər isə qəribə təsadüflərlə qarşılaşdıqlarını deyirlər. “Biz otaq yoldaşlarımızla klinik sınaqlarda iştirak etmək barədə müzakirə aparırdıq. Bir qədər sonra biz “Facebook”da klinik sınaqlar barədə reklam gördük”, - deyə bir nəfər yazıb. Digəri isə qeyd edib ki, evində pişik saxlamaq istəyib: “Mən bu haqda heç nə yazmamışdım. Lakin pişik yeməyi barədə bildirişlər almağa başladım”.   

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291