İKT

Azərbaycan və Türkiyə birgə poçt markası buraxıldı
30 OKTYABR
188

Azərbaycan və Türkiyə birgə poçt markası buraxıldı

2017-10-30 16:33:00

“Azərpoçt” MMC-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Fins.az xəbər verir, tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Türkiyənin Poçt və Teleqraf Təşkilatının nümayəndələri iştirak edib.

Qonaqları salamlayan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Tahir Məmmədov qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmiryol xətti poçtdaşımalarında da böyük əhəmiyyət daşıyacaq. Nazirliyin əməkdaşı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə ilk qatarın yola düşməsi ilə yadda qalan tarixi hadisəyə həsr etdikləri poçt markasının buraxılması təşəbbüsünə görə Türkiyənin Poçt və Teleqraf Təşkilatına və markanın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Türkiyənin Poçt və Teleqraf Təşkilatının Poçt direktor müavini Gürbüz Akbulut Bakı-Tbilisi-Qarslayihəsinin iqtisadi üstünlüklərindən danışdı. Bununla yanaşı, dəmiryol xəttinin yük, sərnişin, poçt axını ilə yanaşı, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracağını və ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcəyini söylədi.

  Sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışına həsr olunmuş marka imzalandı və auditoriyaya təqdim olundu. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxıldı.

10.000 tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası Türkiyənin Poçt və Teleqraf Təşkilatı tərəfindən çap edilib.

Markanın göstəriciləri aşağıdakı kimidir:

Blok ölçüsü: 115x75 mm

Markanın ölçüsü: 76x39mm

Nominal: 1.50 AZN

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291