İKT

'Sony' şirkəti büdcəli Xperia R1 və R1 Plus modellərini təqdim etdi
30 OKTYABR
152

'Sony' şirkəti büdcəli Xperia R1 və R1 Plus modellərini təqdim etdi

2017-10-30 10:00:00

Gələcəkdə “Sony” şirkəti öz smartfonlarının dizaynında dəyişikliklər edəcək və görünür beləliklə şirkət çərçivəsiz dizayna keçəcək.

Lakin hələki bu baş verməmiş şirkət Xperia seriyasının yeni iki büdcəli modelini təqdim etdi. Onlardan biri Xperia R1, digəri isə Xperia R1 Plus-dır. Xperia R1 5.2 inç LCD ekran, Snapdragon 430 prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş, 13 MP-lik arxa, 8 MP-lik ön kamera və 2620 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Plus modeli də həmin özəlliklərə sahibdir. Lakin Plus versiyasının üstünlüyü ondan ibarətdir ki, o, 3 GB RAM və 64 GB daxili yaddaşa sahibdir. Hər iki smartfon Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Bu iki model ilk öncə Hindistan bazarında satışa çıxacaq. Digər regionlarda satış ilə bağlı şirkət heç bir məlumat verməyib. Xperia R1 215$-a, Xperia R1 Plus isə 245$-a satılacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291