İKT

İlk ön kamera selfie fotolar üçün nəzərdə tutulmurdu
30 OKTYABR
130

İlk ön kamera selfie fotolar üçün nəzərdə tutulmurdu

2017-10-30 09:08:00

2003-cü ildə “Sony” şirkəti Ericsson Z1010 adlı mobil telefonu təqdim etmişdi. Bir əsas özəlliyi olmasaydı, hamı onu tez bir zamanda unudacaqdı. Lakin telefonun əsas özəlliyi ondan ibarət idi ki, o, ön kameraya sahib idi. Beləliklə sözügedən model, dünyanın ilk ön kamerasına sahib telefonu olmuşdu. Bu telefonda videokonfranslar üçün nəzərdə tutulmuş ön kameranın yaradıcıları heç ağıllarına belə gətirmirdilər ki, nəticədə onlar selfiedövrünə start verəcəklər. Instagram kimi fotoların mübadiləsi tətbiqləri və mediaplatformaları selfie-ni yeni nəslin özünü ifadə etmək üsuluna çevirdi.

Özünə kameranı çevirmiş istifadəçi model, fotoqraf, art-direktor, fotonu redaktə edən və fotonu nəşr edən şəxsə çevrildi. Bu format o qədər məşhurlaşdı ki, Oksford sözlüyü 2013-cü ildə “selfie” sözünü ilin sözü adına laiq gördü. Rəqəmlər fərqlidir. Lakin onlara fikir verməmək üçün onlar çox böyükdürlər. “Google”un məlumatına əsasən 2014-cü ildə bütün Android istifadəçiləri gün ərzində 93 milyon selfie foto çəkmişdilər. Psixoanalitik Elsa Godart özünün “I Selfie Therefore I Am” adlı kitabında bildirib ki, müasir gənclər öz həyatları boyunca ümumilikdə 25.700 selfie foto çəkəcəklər. Lakin ön kameralar heç zaman şöhrətpərəstlik üçün nəzərdə tutulmamışdılar. Məsələn, Sony smartfonlarının yaradıcıları güman edirdilər ki, həmin kameralar videokonfranslar üçün nəzərdə tutulacaq.

Beləliklə istifadəçilər personal kompüterdən və noutbookdan canlarını qurtaracaqdılar. 2010-cu ildə Steve JobsiPhone 4-ü təqdim edən zaman o, FaceTime vasitəsilə şirkətin baş dizayneri Jony Ive-a zəng edərək smartfonun ön kamerasının əsas özəlliyini sərgiləmişdi.

“Mən burda ABŞ-da böyümüşəm. Mən “The Jetsons” və “Star Trek” filmlərinə baxırdım və videozəngləri arzulayırdım. İndi isə bu reallıqdır” – deyə Jobs həmin təqdimatda bildirmişdi.

2015-ci ildə “Apple” selfie trendini qəbul edərək iPhone-da ayrıca selfie qovluğu yaratmışdı. Lakin heç kim buna hazır deyildi. Belə ki, iOS 9-a olan ən çox sorğulardan biri də həmin qovluğun necə pozulması idi.

Mənbə: www.Qz.com

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291