İKT

Azərbaycan İT şirkəti məhsullarını Afrikaya çıxarır
27 OKTYABR
398

Azərbaycan İT şirkəti məhsullarını Afrikaya çıxarır

2017-10-27 16:09:00

Afrika qitəsinin ərazisinə görə ən böyük ölkələrindən biri olan Sudanın əsas telekommunikasiya operatoru SUDATEL TELEKOM şirkətinin prezidenti, həmçinin Azərbaycanın Sudandakı fəxri konsulu Tariq Həmzə Zain El Abdeinin başçılıq etdiyi nümayəndə heyəti ilə ölkəmizin qabaqcıl İT şirkətlərindən biri olan NEURON TECHNOLOGİES şirkətinin ofisində görüş keçirildi. SUDATEL TELEKOM şirkəti Sudan ilə yanaşı, həmçinin Mavritaniya, Qvineya, Qana va Seneqalda fəaliyyat göstərir. Görüşdə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak etdi. Görüş zamanı NEURON TECHNOLOGİES şirkətinin təsisçisi və direktoru İsmayıl Ələkbərov təmsil etdiyi şirkətin Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi İKT layihələri barədə ətraflı məlumat verdi. Sudan tərəfi Azərbaycan İT şirkətinin texnoloji həllərinə və məhsullarına Afrika regionunda böyük maraq olduğunu bildirdi. Əldə olunan razılığa əsasən, NEURON TECHNOLOGİES şirkəti cari ilin noyabr ayı ərzində Sudanın paytaxtı Xartum şəhərinə səfər edəcək və burada elektron təhsil və elektron kənd təsərrüfatı layihələrinin icrası üzrə ilkin danışıqlara başlanacaqdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291