İKT

“Alphabet” ilk 9 aydakı qazancını açıqladı
27 OKTYABR
95

“Alphabet” ilk 9 aydakı qazancını açıqladı

2017-10-27 12:11:00

“Google”un daxil olduğu “Alphabet” korporasiyası 3-cü rübün (2017-ci ilin ilk 9 ayı) maliyyə göstəricilərini açıqlayıb.

Bu müddətdə xalis mənfəət 6,7 milyard dollar təşkil edib. Beləliklə, şirkətin ötən ilin eyni dövrü ilə müqayisədə mənfəəti 1,6 milyard dollar artıb.

Qeyd olunan dövrdə ümumi gəlirlər isə 27,8 milyard dollara çatıb. Analitiklər rəqəmin 27,2 milyarddan çox olmayacağını proqnozlaşdırırdı. Bir il əvvəl bu göstərici 22,4 milyard idi. Hər səhmə görə gəlir 9,57 dollar təşkil edib.

Rüblük göstəricilər açıqlandıqdan sonra “Alphabet”in hər səhminin dəyəri 3% artaraq 1,02 min dollara yaxın olub. Ümumilikdə ötən dövrdə səhmlər 25% bahalaşıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287