İKT

“Microsoft”un bazar dəyəri açıqlandı
20 OKTYABR 2017
305

“Microsoft”un bazar dəyəri açıqlandı

2017-10-20 16:11:00

Dünyanın proqram təminatı sahəsində aparıcı şirkəti olan “Microsoft”un bazar dəyəri 600 milyard dolları ötüb.

Fins.az xəbər verir ki, bu haqda oktyabrın 19-da birjada aparılan ticarət əməliyyatlarının yekununda məlum olub. Sonuncu dəfə şirkət 2000-ci il yanvarın 3-də bu səviyyədə qiymətləndirilmişdi.

“Microsoft” səhmlərinin dəyəri 0,4% artaraq, 77,91 dollara çatıb. Bu ilin əvvəlindən səhmlər 25,4% bahalaşıb. Ekspertlər “Microsoft”un “bulud” texnologiyaları sahəsindəki uğurlar sayəsində dirçəldiyini bildirirlər.

Bazar dəyərinə görə “Apple” (800 milyard $) birinci, “Alphabet” isə (690 milyard $) ikinci sıradadır.  

©  Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1335
  • ₽ RUB
    0.0302