İKT

“iPhone X” qıtlığı yarandı
18 OKTYABR
950

“iPhone X” qıtlığı yarandı

2017-10-18 07:32:00

Yeni “iPhone X” smartfonlarının ilk partiyası yüklənərək, ünvanlara göndərilib.    

Fins.az-ın verdiyi xəbərə görə, ilk partiya cəmi 46,5 min ədəddən ibarətdir. Bu, indiyədək görünməmiş haldır. Məsələn, “iPhone 8” smartfonlarının ilk partiyası 900 min ədəddən çox olub.

Cihazların sayının azlığı “TrueDepth” kamerası üçün komponentlərin çatışmazlığı ilə bağlı ola bilər. Çoxlu sayda müştəri hələ də sifariş verdiyi smartfonu gözləyir. İstehsalın nə vaxt sürətlənəcəyi açıqlanmayıb.

Qeyd edək ki, smartfonların ilk partiyası Çindən yüklənərək Birləşmiş Ərəb Əmirlikləri və Niderlanda göndərilib. 

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285