İKT

Su keçirməyən elektron kitab
13 OKTYABR
103

Su keçirməyən elektron kitab

2017-10-13 11:50:00
ABŞ-ın "Amazon" şirkəti təkmilləşdirilmiş su keçirməyən elektron kitab – "Kindle Oasis"i təqdim edib.

Kitabın yeni versiyası 4G şəbəkələri üzrə mobil internetə daha sürətli qoşulmaq imkanına malikdir. Ekranın ölçüsü 7 düymdür (17,78 sm). Kitabın ölçüsü və parlaqlığı artırılıb. Batareyanın tutumu da artırılıb və cihaz bir dəfə doldurulmaqla, 6 həftəyə qədər işləyir. "Kindle Oasis" "Bluetooth"a da qoşulur.

Yeni cihazın 32 Gb yaddaşa malik versiyası ABŞ-da 350 dollardan satışa çıxarılacaq. Baza versiyası isə (8 Gb yaddaş və 4G-yə qoşulma olmadan) 250 dollardır.

© Lent.az

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296