İKT

Dünya kompüter bazarında geriləmə müşahidə edilir
13 OKTYABR
79

Dünya kompüter bazarında geriləmə müşahidə edilir

2017-10-13 10:52:00

“Gartner” analitik şirkəti 2017- ci ilin üçüncü rübü üçün fərdi masaüstü kompüterlərin istehsal həcmi barədə məlumatları açıqlayıb. Bildirilir ki, dünya kompüter bazarında ardıcıl 3 ildir ki, istehsal və satış həcmi azalır. Bu isə ötən illə müqayisədə 3,6 faiz geriləmə deməkdir. Xəbəri “gartner.com” saytı verib. Şirkətin araşdırmasına görə, cari ilin üçüncü rübündə 67 milyon masaüstü kompüter və noutbuk istehsal edilib. Mütəxəssislər qeyd edirlər ki, “Windows 10” əməliyyat sisteminin quraşdırılması nəticəsində fərdi kompüterlərə olan tələbat artsa da, satış həcminin azalması bu sahədə aparıcı mövqeyə sahib olan Amerika bazarına da öz təsirini göstərib. Belə ki, ABŞ bazarında ötən illə müqayisədə 10 faiz azalma qeydə alınıb. Qeyd edək ki, şirkətin apardığı 3 aylıq araşdırma nəticəsində bəlli olub ki, dünya kompüter bazarında liderlik uğrunda mübarizədə “HP Inc.” və “Lenovo” şirkətləri öndə gedirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296