İKT

Bakcell: Külək internetin kəsilməsinə səbəb olur
11 OKTYABR
189

Bakcell: Külək internetin kəsilməsinə səbəb olur

2017-10-11 16:23:00

"Bakcell"in direktoru Nikolay Bekers (Nikolai Beckers)  regionlarda yaşayan "Bakcell" abunəçilərinin internetin sürətinin zəif olması ilə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"Bəzi ərazilərdə əhatə dairəmizdən kənarda idi. Hazırda həmin yerlərdə 3G stansiyalarının quraşdırılmasına çalışırıq. Əgər bir stansiya quraşdırılırsa, bu, o deməkdir ki, artıq 30 km-lik əhatə dairəsində şəbəkənin keyfiyyəti yaxşılaşır. Digər tərəfdən, onu da bildirməliyəm ki, şəbəkəni mikrodalğalar və fiberoptik kanallarla tənzimləyirik. Mikrodalğalara isə hava şəraiti təsir edir. Ölkədə tez-tez hava küləkli olur və bu dalğaların qırılmasına səbəb olur",- Nikolay Bekers deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287