İKT

“Samsung” dünyanın ən geniş monitorunu təqdim etdi – VİDEO
11 OKTYABR
180

“Samsung” dünyanın ən geniş monitorunu təqdim etdi – VİDEO

2017-10-11 07:30:00

Samsung” korporasiyası ən geniş geymer (video oyunları oynayan şəxs) monitorunu təqdim edib.

fİNS.AZ XƏBƏR VERİR Kİ,  CHG90 GLED monitorunun diaqonalı 49 düym təşkil edir və 32:9 nisbətindədir. Ekran həlli 3840x1080 pikseldir. Monitor kvant nöqtələri əsasında QLED-matrisasına malikdir. Cihaz milyard rəng çalarının əks olunmasını dəstəkləyir. Əyilmiş ekran iki USB-port, “DisplayPort”, HDMI və standart 3,5 mm audioqoşulma yeri ilə təchiz olunub.

Bundan başqa, monitor CES 2017 sərgisində təqdim olunmuş və HDR effekti ilə oyun oynamağa imkan verən “FreeSync 2” texnologiyasını dəstəkləyən ilk monitordur.

Yeni məhsulun qiyməti ABŞ ərazisində 1499 dollar olacaq.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296