İKT

Cari ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq
09 OKTYABR
122

Cari ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi olacaq

2017-10-09 16:19:00

“TechRadar” nəşrinin proqnozuna görə, 2017-ci ilin sonunadək “Windows 10” ən populyar əməliyyat sistemi ola bilər.

Fins.az xəbər verir ki, statistik məlumata əsasən, cari ilin sentyabrında masaüstü fərdi kompüter və noutbukların 39,3 faizi “Windows 10” sistemi ilə işləyib ki, bu da ötən ayla müqayisədə 1,43 faiz çoxdur. “Windows 7” sisteminin bazar payı isə 1,11 faiz azalaraq 44 faiz olub.

Bu dinamika saxlanıldığı halda noyabrda “Windows 10” sisteminin bazar payı 42,16 faizə yaxınlaşa bilər. Beləliklə, 2,5 il ərzində əməliyyat sistemləri bazarında ilk dəfə lider dəyişmiş olacaq.

“Microsoft” şirkəti “Windows 8” sisteminin uğursuzluğundan sonra rəqabətədavamlı əməliyyat sistemi yaratmaq qabiliyyətini sübut etmək istəyirdi. Yeni məhsulun irəliləyişi üçün nəzərdə tutulmuş bütün səylərə baxmayaraq, proqram nəhəngi etiraf etdi ki, 2018-ci ilin ortalarınadək “Windows 10” sistemi əsasında işləyən milyardadək qurğu hədəfinə nail ola bilməyəcək.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296