İKT

Simsiz şəbəkənin yeni modeli
09 OKTYABR
211

Simsiz şəbəkənin yeni modeli

2017-10-09 14:13:00

Niderlandın Eyndhoven Texnologiya Universitetinin professoru infraqırmızı işıq şüaları vasitəsilə hazırlanan simsiz şəbəkənin yeni metodunu təqdim edib. “Li-Fi” adlanan şəbəkənin “Wi-Fi” və ya “5G” texnologiyasından daha səmərəli olduğu bildirilir. Bu barədə “dailymail.com” saytı məlumat yayıb. Tədqiqatçılar tərəfindən hazırlanan internet modeli iki hissədən ibarətdir: işıq mənbəyi və optik qəbuledici. İşıq mənbəyi siqnalları qurğuya istiqamətləndirir. Həmçinin yeni sistemdə antenlərdən də istifadə olunur ki, onların vasitəsilə görünməyən şüalar internetə qoşulmuş qurğulara yönləndirilir. Yeri gəlmişkən, “Li-Fi” şəbəkəsində hələlik məlumatların geri ötürülmə üsulu tapılmayıb. Bu səbəbdən də “Wi-Fi” texnologiyasından geniş istifadə olunur. Lakin tədqiqatçıların fikrincə, infraqırmızı işıq internetə daha sürətli qoşulmağa və simsiz şəbəkələri daha təhlükəsiz idarə etməyə imkan yaradaca

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296