İKT

2017-ci ilin ən yaxşı smartfonları məlum olub
09 OKTYABR
386

2017-ci ilin ən yaxşı smartfonları məlum olub

2017-10-09 12:45:00

“TechRadar” tərəfindən təşkil edilmiş “MCCA-2017”nin illik mərasimində mobil bazarla bağlı ilin ən yaxşı smartfonu, servis və məhsullarının adları açıqlanıb. “Samsung” şirkəti iki ən nüfuzlu mükafata layiq görülüb. Koreya şirkəti ən yaxşı istehsalçı, “Galaxy S8” isə 2017-ci ilin ən yaxşı smartfonu adına layiq görülüb.

Fin.az  xəbər verir ki, məlumata görə, “Honor” brendi gözlənilmədən "One to Watch" kateqoriyasında mükafata, “Honor 9” isə orta sinif üzrə ən yaxşı smartfon adına layiq görülüb. Münsiflər heyəti “Moto E4” qurğusunu ən yaxşı ucuz smartfon adlandırıb. Həmin smartfon bu nominasiyada “Honor 5C”, “Nokia 3310”, “Samsung Galaxy J3”, “Sony Xperia XA” və “Vodafone Smart N8” qurğularını geridə qoyub.

“Apple Watch 2” ən yaxşı smart-saat adına layiq görülüb, fitnes üçün daşınan qurğular kateqoriyasında isə “Fitbit Charge 2” qurğusu, “Google Home” internetə qoşulmuş cihazlar kateqoriyasında qalib olublar. “Amazon” isə ən yaxşı onlayn mağaza elan edilib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297