İKT

“Apple” dəyərini itirdi – 43 MİLYARDLIQ ŞOK
25 SENTYABR
489

“Apple” dəyərini itirdi – 43 MİLYARDLIQ ŞOK

2017-09-25 11:09:00

ABŞ-ın “Apple” korporasiyasının bazar dəyəri azalaraq son 17 ayın ən neqativ göstəricisinə düşüb.   

Fins.az xəbər verir ki, sentyabrın 22-də şirkət səhmlərinin dəyəri 1,6% azalıb, sentyabrın 18-dən bəri isə ümumilikdə səhmlər 5,2% ucuzlaşıb. Nəticədə korporasiyanın bazar dəyərində 43 milyard dollar dəyərində ucuzlaşma baş verib.  

Səbəb sentyabrın 22-də satışına başlanan yeni “Apple Watch” ağıllı saatlarında qüsur aşkarlanmasıdır. Belə ki, saatlarda şəbəkəyə qoşulma problemi var. Bundan başqa, analitiklər “iPhone 8”lə bağlı neqativ proqnoz veriblər. Onların fikrincə, bu model “iPhone 7”dən çox az fərqlənir. Ekspertlər hesab edir ki, “Apple” pərəstişkarlarının əsas diqqətinin “iPhone X”a yönəlməsi də “iPhone 8”in satışına neqativ təsir göstərəcək. “iPhone X” noyabrın əvvəlində satışa çıxarılacaq.    

Qeyd edək ki, “iPhone X”, “iPhone 8” və 3-cü nəsil “Apple Watch” sentyabrın 12-də rəsmən təqdim olunub.

©Lent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289