İKT

“Google Play”də yeni virus
20 SENTYABR
207

“Google Play”də yeni virus

2017-09-20 09:41:00

“Check Point” şirkətinin araşdırmaçıları müəyyən ediblər ki, “Google Pay” vasitəsilə 50 yaxın virusa yoluxmuş əlavə yayılmaqdadır. 

Fins.az-ın verdiyi məlumata görə, “ExpensiveWall” adlanan virus “Google Play”dəki əlavələrlə birgə 4,2 milyon dəfə yüklənib.

Bu virus antivirus proqram təminatı tərəfindən tanınmır. Çünki sıxılmağı və şifrələnməyi bacarır. Ziyanverici virusa yoluxmuş əlavələr istifadəçilərin SMS məlumatlarına çıxışa malikdirlər. Bu səbəbdən onlar ödənişli xidmətlərə qeyd ola bilirlər. 

Xatırladaq ki, “ExpensiveWall” virusu ilə yoluxmuş əlavələr hələ ötən ay “Google Pay”dən siliniblər. Ancaq bir müddət keçdikdən sonra yenidən onlayn mağazada peyda olublar.

©Lent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    1.9995
  • ₽ RUB
    0.0287