İKT

Qızıl “iPhone X” satışa çıxarılacaq
19 SENTYABR
353

Qızıl “iPhone X” satışa çıxarılacaq

2017-09-19 14:24:00

Qurğuların qeyri-adi dizaynının hazırlanmasında ixtisaslaşan “Brikk” Amerika istehsalçısı qızıldan düzəldilən “iPhone X” smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

Fins.az xəbər verir ki, şirkətin məlumatına görə, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir. Onların birincisi - “Lux iPhone X Mono” arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.

Bildirilir ki, daha dörd kolleksiya - “Classic”, “Deluxe”, “Omni” və “Ingot” qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan “iPhone X” olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.

Qeyd edək ki, IT nəhəngi “Apple” şirkəti “iPhone X” smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0000
  • ₽ RUB
    0.0297