İKT

2017-ci ildə “Apple” 227,5 milyon smartfon satacaq
15 SENTYABR
170

2017-ci ildə “Apple” 227,5 milyon smartfon satacaq

2017-09-15 11:48:00

“TrendForce” şirkətinin analitikləri cari ilin nəticələrinə əsasən “iPhone” smartfonlarının satış proqnozunu açıqlayıb. 

Fins.az xəbər verir ki, mənbə hesab edir ki, bu il “Apple” 227,5 milyon ədəd smartfon sata biləcək. Bu isə 2016-cı ildəki göstəricidən 5,6 faiz çoxdur.

Bununla belə, ümumilikdə smartfon bazarı 4,8 faiz artaraq 1,4 milyard cihaza çatacaq. Yəni “Apple”in artımı ümumilikdə bazarın artımını 1 faizlik bənddən artıq üstələyəcək. 

Bundan başqa, analitiklər hesab edirlər ki, “iPhone X” smartfonunda üz tanıma funksiyasına aid olan 3D skaner olması bazarı daha da böyüdəcək. 2020-ci ildə belə texnologiyalar seqmenti 14 milyard dollara qədər artacaq. Ancaq bu ilin sonuna qədər bu bazarın həcmi cəmi 1,5 milyard dollara çatacaq.

©Lent

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287